Altay Yaşar - Sözsüz
Mən sənə "Mən" adlı birini verdim...
İçimin eşq adlı sirrini verdim...
Özüm dona-dona acı ömrümdə...
Qəlbimin ən isdi yerini verdim...
Uğruna ölümü, drimi verdim...
Sənin üçün bəslənən qəlbimi verdim...
İçində sevgimi axtarma daha...
Mən ona "azadsan" əmrimi verdim...
Söylə kim sevəcək səni mən kimi?!
Söylə kim öldürdü məni sən kimi?!
Sevgilim olmadın, qatilim oldun...
Mən ölə bilmərəm bir insan kimi.
Təklik ALLAHındır, yalnızlıq mənim...
Həsrət ünvanımdır, rahatlıq sənin...
Sənə verdiklərim mənimdir artıq!
Sevgim nə sənindir, nə də kimsənin...
Sənsiz halım nədir yaxşı bilirsən...
Mənsiz qalırsansa sənə min əhsən!
Mənə inanmırdın, inkar edirdin...
Sənə dedim axı məni sevmirsən...
Yəqin bu son sözüm, bu bir son vida...
Dilimdə çevrilmir desin əlvida...
Səni unutmağı bacarmaram mən...
Çalış məni unut! Heç salma yada.






