Güzgüdə özünü seyr edirdi gənc qız.

Güzgüdə özünü seyr edirdi gənc qız. Bir neçə dəqiqə ya saat artıq unutmuşdu zamanı. O bu gün axşam üstü gördüyü gözlərdə ilişib qalmışdı. Sadəcə onu düşünür onu xəyal edirdi. Üzündəki gülümsəmə eşq gülümsəməsi idi. Hansı ki ilk andan dəli kimi döyünən qəlbinin göstəricisi olan. Bir səbəbi var idi hər şeyin. O aşiq olmuşdu və bundan xəbərsiz idi. Necə də məsum bir hiss idi. Necə tayı bərabəri olmayan bir məsumluq idi. Gələcək nə olardı bilmirdi. Bəlkə də yaxşı olmayan bir sonluq gözləyirdi bəlkə də heç qarşılıq görməyəcəkdi bu gözəl hisslər. Lakin gənc qız heç bu haqda düşünə bilmirdi. Ağıl artıq susmuş məntiq fəaliyyətini dayandırmışdı o andan bəri. Gənc qız eyni gülümsəmə ilə düşdüyü xəyal dəryasında oyanaraq seyr etdi bir daha özünü. Yanaqları al al olmuş balaca sarı çilləri daha böyümüş gözə deyən olmuşdu. Bu qədər utanacaq heç nə etməmişdi. Heç doğru düzgün ona baxa da bilməmişdi. Tez gözlərini qaçırmış başını aşağı əyərək saçlarının üzünü örtməyinə şərait yaratmışdı. Ama yene de cox utanırdı. Bu ağlı başında olmayan halını daha artıq görmək istəmədi. Güzgünün önündən çəkilərək pəncərəyə yaxınlaşdı. Ağ tül pərdənin arxasından göz oxşayan aylı mənzərəyi seyr etdi. Görəsən hər gün belə gözəl idi səma yoxsa bu gün hiss etdikləri gözəl edirdi? Düşüncəsinə gülümsəyərək yatağına uzanıb gözünü yumdu. Artıq yatmaq istəyirdi. İstəyirdi ki səhər tez açılsın və yenidən onunla qarşılaşsın. "Görəsən o da mənim kimi hiss edir?" Bu sual yatmağına mane oldu bir müddət sonra cavabı olmayan suallarla beynin işğal etmək yerinə "Allahım nə olar o da məni sevsin" deyə dua edib gözlərini qapadı az sonra gələcək olan şirin yuxusunu dəvət edərək.

Üzündəki gülümsəmə eşq gülümsəməsi idi. Hansı ki ilk andan dəli kimi döyünən qəlbinin göstəricisi olan. Bir səbəbi var idi hər şeyin. O aşiq olmuşdu və bundan xəbərsiz idi.

Üzündəki gülümsəmə eşq gülümsəməsi idi. Hansı ki ilk andan dəli kimi döyünən qəlbinin göstəricisi olan. Bir səbəbi var idi hər şeyin. O aşiq olmuşdu və bundan xəbərsiz idi.
Dərc etdi:Uğurböceyi






