“iPhone SE”-nin qiymət fərqi istifadəçiləri narahat etdi

“iPhone SE”-nin qiymət fərqi istifadəçiləri narahat etdi

“Apple” şirkətinin təqdim etdiyi “iPhone SE” smartfonunun qiyməti müzakirə olunub.

Avropada “iPhone SE” telefonunun ABŞ versiyasından 40 faiz daha baha olduğu bildirilir. Modelin ayrı-ayrı ölkələrdə satış qiyməti araşdırılıb. Məlum olub ki, 64 GB-lıq “iPhone SE” Rusiyada 48 000 rubl qiymətinə satışa çıxarılıb.

Adıçəkilən smartfonun Amerikadakı qiyməti də araşdırılıb. Məlumata görə, “iPhone SE” ABŞ-da 399-499 dollara satılır. Bu qiymətə vergi xərcləri aid deyil. Ölkədə 16 və 64 GB yaddaşlı “iPhone SE” telefonu hazırda bu qiymətədir.

Avropada isə “iPhone SE” modeli 490 avro, yəni 550 dollardır. 64 GB fləş-yaddaş kartlı smartfonu 100 avro daha baha, yəni 663 dollara əldə etmək mümkündür. “Apple” məhsulu ilə yanaşı Avropada Samsung smartfonunun da qiyməti araşdırlıb. Məlum olub ki, burada “Galaxy S7” telefonu 700 avro qiymətinədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
623 625 668 616 629 586

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.