Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 5-06-2018, 22:37

Məktəblərdə Son zəngin VAXTI MƏLUM OLDU

Məktəblərdə Son zəngin VAXTI MƏLUM OLDU
Məktəblərdə Son zəngin VAXTI MƏLUM OLDU


Azərbaycanda 2017/2018-ci dərs ili iyunun 14-də başa çatacaq və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınacaq.

Report.az xəbər verir ki, bu tədris ilinin sonunda XI sinfi bitirəcək şagirdlərin sayının 83 001 nəfər olacağı gözlənilir.

Eyni zamanda, 2018/2019-cu tədris ilinin əvvəlinə proqnoz üzrə ölkənin ümumtəhsil məktəblərinə gedəcək I sinif şagirdlərinin sayının isə 165780 nəfər olacağı gözlənilir.

Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
514 595 479 463 455 424

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.