¤⊙,. Artıq özüm olmağa da qorxuram.,⊙¤
Bir müddət mənim yanımda qalarsan,
Yalan vədlər verib,ürək alarsan,
Birdən səndə hamı kimi olarsan,
Mən səninlə qalmağa belə qorxuram..
Yalan vədlər verib,ürək alarsan,
Birdən səndə hamı kimi olarsan,
Mən səninlə qalmağa belə qorxuram..
Məğlub olun düşmənini unutmaz,
Məni ağlatsan,heç kim məni ovutmaz,
Bilmək olmaz,birdən gedər qayıtmaz,
Sənsiz nəfəs almağada qorxuram..
Məni ağlatsan,heç kim məni ovutmaz,
Bilmək olmaz,birdən gedər qayıtmaz,
Sənsiz nəfəs almağada qorxuram..
Nəyəsə xatir yalan işlədərsən,
Xəyal etdirərsən,xəyal edərsən,
Sonra xəyallarla çıxıb gedərsən,
Xəyallara dalmağa da qorxuram..
Xəyal etdirərsən,xəyal edərsən,
Sonra xəyallarla çıxıb gedərsən,
Xəyallara dalmağa da qorxuram..
Görən deyir,yaman çox dəyişmisən,
Bu barədə xeyli fikirləşmişəm,
Mən sən olub yaşamağa öyrəşmişəm,
Artıq özüm olmağa da qorxuram..
Bu barədə xeyli fikirləşmişəm,
Mən sən olub yaşamağa öyrəşmişəm,
Artıq özüm olmağa da qorxuram..






