Nani_Fit

Nani_Fit Müxtəlif 25-06-2018, 21:40

Oyun aludəçiliyi xəstəlik olaraq qəbul olundu

Oyun aludəçiliyi xəstəlik olaraq qəbul olundu


Video oyunlara həddindən artıq vaxt sərf etmə psixiki pozuntu kimi qəbul olunub. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının ictimailəşdirdiyi xəstəlik siyahısına qeymomaniya (video oyun alüdəçiliyi) daxil edilib.

Xəbər verilir ki, yeni təsnifat 2019-cu ilin may ayında Ümumdünya səhiyyə assambleyasında təsdiqlənəcək və ən tezi 1 yanvar 2022-ci ildə qüvvəyə minəcək.

Video oyun istehsal edən iri şirkətlər qeymomaniyanın xəstəlik olaraq təsnif olunmasına qarşı çıxıb. ABŞ, Kanada, Avropa, Braziliya və Cənubi Afrikanın oyun tərtibatçılarının fikrinə görə, bu qərarın heç bir elmi əsası yoxdur və əksinə video oyunlar maarifləndirici və terapevtik xüsusiyyətlərə malikdir.

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri isə bu fikirdə deyil.

Onlar iddia edir ki, üç əlamətə əsasən bu xəstəliyin diaqnozunu qoymaq olur:insan özünə nəzarət edə bilmir və günün böyük hissəsini oyunlara sərf edir; oyunlar digər həyat fəaliyyətləri və həyat aspektləri üzərində dominantlıq təşkil edir; fəsadların göz önündə olmasına rəğmən insan oyunsuz qala bilmir, ondan asılı vəziyyətə düşür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
821 750 781 691 665 761

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.