_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 3-07-2018, 10:36

Sony Mobile geriləyir

Sony Mobile geriləyir
Sony Mobile geriləyir


"Sony Mobile" şirkəti bir neçə regionda yerli ofislərinin fəaliyyətini və əməliyyatları dayandıracaq.

Söhbət Orta və Yaxın Şərq, eləcə də Türkiyə və Afrikadan gedir. Şirkət cari ilin oktyabrında bu regionlarda fəaliyyətini dayandırmağı planlaşdırır.
Bildirilir ki, fəaliyyətin dayandırılması qeyd olunan regionlarda işlərin pis getməsindən xəbər verir. Buna bir neçə səbəb göstərilir - rəqiblərlə müqayisədə qiymətlərin baha olması, eləcə də cəlbedici innovasiyaların olmaması.

Bundan başqa, Afrikada adi mobil telefonlar və başlanğıc və ya orta səviyyəli smartfonlar daha çox populyardır. "Sony Mobile" şirkətində isə hazırda bu məhsul seqmenti mövcud deyil.




Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
550 519 536 528 491 505

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.