Ardında qoyduğun səssizliyi dinləyirəm
Yoxluğun bəsdi bu kənddə bugün, ama toxunmadı mənə. Aydınlaşdıra bilmədi yoxluğunun qaranlığını. Baxışların var idi kəndin hər bir tərəfində, ama bədbəxtliyimin izlərini ala bilmədi gözlərimdən. Qəlbinin səsi vardı, hər bir küçə başında, ama içimdəki ümidsizlikləri yoş edə bilmədi. Sən var idin bu gün mənim kəndimdə, yaxınımda, ama içimdəki sənsizliyi yox edə bilmədin.
Başladığım yerə geri qayıtdım yenə. Mübtədası olduğun cümlələri doldurub bir çamadana, heç gəlməmiş bir qatarla yola saldım qəlbimdən. Çəkildim qəlbimin ən xəlvət yerinə indi, yanımda tənhalığım. Ardında qoyduğun səssizliyi dinləyirəm. Ətrafıma baxıram... Sənsiz bir xoşbəxtlik görə bilmirəm... Sən gedəndən sonra, ruhumda qocaman boşluqlar açıldı... Mən sənsizliyi sevmirəm əslində...

Gözyaşlarımı qəlbimdə toplayıram, hər sənə məğlub olduğumda, açıb baxıram... Hər sənin üçün darıxdığımda, sənə qaçıram. Dayanıb seyr edirəm səni, adımı sildiyin yerdən. Dodağının kənarından öpürəm, susursan... Səssizcə sarılıb sənə, gedirəm, tənhalığımın ən tənha yerinə.
Artıq içimin ağılarına toxunma ey qandalları hökümlü külək! Neçə ölüm düşdü dustaq gündəliyimə... Keçmişinə söyülmüş bir hökmün yerinə yetirilişində təxirə salındı gülüşlərim. İndi hər gülüşümdə üzüm çirklidir. Qaçarkən yırtıldım yenə;
Mən bütün yaralarımı, xoşbəxtliyin içindən keçərkən aldım əslində..
Sayta dərc etdi: Kənan0001