MarveL

MarveL Sevgi / Hekayələr 3-07-2018, 11:23

Ümidsiz Gənc

Ümidsiz Gənc


Ümidsiz Gənc


Söz tapmıram açıqlayım ki, mən nə qədər darıxmışam. əslində sözləri yan-yana qoyub bər-bəzəkli cümlələr qurmaq dünyanın ən asan işidir..amma gəl soruş görüm, mən sənə o bər-bəzəyi layiq görürəmmi? yox..görmürəm..deyilmiş olan heç bir sözə, artıq nə vaxtsa qurulmuş olan heç bir cümləyə layiq deyilsən.. təkrarları səndən uzaq tutmuşam həmişə. fərqində olmasan belə.. bunlar xırda şeylərdir. bəlkə də əhəmiyyətsiz.. bilmirəm. əslində səni həmişə günaha bənzətmişəm. onun qədər alovlu. qadağan amma cazibədar..yandırıcı və dözülməz.. insanın mənliyini,iradəsini,xislətini sınağa çəkən.. içimdəki "get və onu özünə götür" səsi ilə savaşıram həmişə. ağıllı olmağını sevirəm.çox sevirəm bunu. hətta ən çox bunu sevirəm səndə. bütün yalanlarımı anlayacaq qədər peşəkar yalançı olmağını sevirəm. dürüstsən ən azından,yox? kağızdan düzəltdiyin o qəribə fiqurları mən hələ də bacarmıram. sənin kimi bir dəfəyə içə bilmirəm o dolu qədəhləri. acı..kəskin. ağrılı keçir günlər. lağ etdiyin "ümidsiz gənc" olaraq davam edirəm sözün qısası.gülməlidir.düz 3 il keçib. darıxıram.xatırlayıram. gözlərindəki işıq.otağımdaki qaranlıq.boynundaki xal. dizlərimdəki titrəyiş. dərinin üzərinə yayılmış qoxu. qulağımdaki qəribə uğultu.uzun saçların. burnumdan çıxan qaynar nəfəs. qısa barmaqların. ürəyimdəki çırpınış.irəli doğru atılan ilk addımın.qapanan gözlərim.dediyin o tək söz.dayanan nəfəsim. gülümsəmən.açılan qapı. gedişin. və gələn yalnızlıq.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
448 372 378 378 355 369

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.