_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 4-07-2018, 14:40

Huawei'dən telefonlara dopinq

Huawei'dən telefonlara dopinq
Huawei'dən telefonlara dopinq


Huawei yaxın vaxtlarda GPU Turbo adında bir texnologiya tanıtdı. Kirin çipsetlərini dəstəkləyən bu texnologiya hesabına artıq Huawei telefonları daha performanslı olacaq, əlavə olaraq batareya sərfiyyatı da azalacaq.

Açıqlanan rəqəmlərə görə bu texnologiya qrafika gücünü 60% artıracaq, enerji sərfiyyatını isə 30% azaldacaq. İndi isə bu texnologiyanın hansı modellərə hansı tarixdə gələcəyi bəlli oldu.

Hal-hazırda Honor i9 modelində olan GPU Turbo texnologiyası Huawei şirkətinin orta və üst seqment cihazlarına yenilənmə vasitəsilə gələcək.

Flaqman və Mate seriyası üçün:

Huawei P20/P20 Pro- Avqust
Mate 10/10 Pro/RS- Avqust
P20 Lite/P Smart/Nova 2i/Mate 10 Lite- Sentyabr
Huawei Y9- Sentyabr
Mate 9/9 Pro- Noyabr
Huawei P10/P10 Plus- Noyabr
Honor seriyası üçün:

Honor 10- Avqust
Honor 9 Lite- Sentyabr
Honor V10- Sentyabr
Honor 7X- Sentyabr
Honor 8 Pro/9- Noyabr

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
480 455 547 522 457 489

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.