Bibərli və köklü makaron salatı
Makaron yeməklərinizi tərəvəzlərlə canlandıraraq ona xüsusi dad verin.
İnsanların əksəriyyəti makaron və ondan hazırlanan yeməkləri sevir. Əsasən də tələbələr və onlar kimi yemək bişirməyə vaxtı olmayan, işləyən insanlar asan və tez hazırlandığı üçün hər zaman makaron yeməklərinə üstünlük verir. Lakin bir nüansı yaddan çıxarmaq olmaz ki, makaron xəmir yeməkləri silsiləsindən olduğu üçün yüksək kolorili məhsuldur. Və ondan həddindən artıq yemək artıq çəkinin yaranmasına gətirib çıxara bilər.
Əksər hallarda üzərinə əlavə etdiyiniz ketçup, moyanez və s bu kimi qidalar əvəzinə tərəvəzlərdən istifadə etmək daha faydalıdır. Makaron yeməklərinizi tərəvəzlərlə canlandıraraq ona xüsusi dad verin.
Yəqin ki, müxtəlif salat reseptlərini sınayıb dadına baxmısınız. Bəs makaron salatının necə? Əgər sizə də maraqlı gəldisə o zaman ANS PRESS-in təqdim etdiyi bu reseptdən faydalana bilərsiniz.
Hazırlanması üçün lazım olan ərzaqlar:
200 q makaron
2 ədəd bolqar bibəri
2 ədəd yer kökü
4 ədəd yaşıl soğan
100 q zeytun
3 xörək qaşığı zeytun yağı
Duz və istiot zövqə görə
Hazırlanmaq qaydası:
Makronu qaynayan suya əlavə edib qaynadın. Makaronları əzilmədən bişirdikdən sonra suyunu süzüb, soyudun.
Üzərinə kub formasında doğrayaraq kök, bolqar bibəri, soğan, halqa formasında doğrayaraq zeytun ən sonda zeytun yağını əlavə edərək soyuducuda 15-20 dəq saxlayıb doğmalarınızla nuş edə bilərsiniz.