♔Princess♔

♔Princess♔ Məsləhətlər 26-05-2016, 19:00

Sevgi dolu omlet

Sevgi dolu omlet


Bunun üçün bahalı restoranlara getməyə ehtiyac yoxdu.


Səhər yeməyinin insan üçün nə qədər faydalı olduğu haqda hamı bilir. Səhər qidalanmaq, tək sağlamlığınız üçün deyil, eyni zamanda özünüzü gümrah və yüksək əhval ruhiyyədə hiss etməyiniz üçün də vacibdir. Odur ki , əhvalınızı da yüksək səviyyəyə qaldırmaq üçün mütləq yeməkləri süfrəyə gözəl görünüşdə təqdim etmək vacib şərtlərdəndir.

Bunun üçün bahalı restoranlara getməyə ehtiyac yoxdu. Evdə elə yeməklər var ki, asanlıqla hazırlayıb, maraqlı formada dizayn edərək, doğmalarınızı sevindirə bilərsiniz.

Sizə “sevgi” dolu omlet reseptini təqdim edirik.

Lazım olan ərzaqlar:

2 ədəd sosiska
2 ədəd yumurta
Bitki yağı
50 ml süd
50 q sürtkəcdən keçirilmiş pendir
Göyərti

Hazırlamaq qaydası:

Əvvəlcə sosiskaları başından 1.5 sm saxlamaqla uzununa kəsin. Kəsdiyiniz sosiskaları ürək formasına salmaq üçün onlar bir qədər elastik olmalıdır. Sosiskalara elastiklik vermək üçün bir qədər qaynar suda saxlamaq kifayətdir.

Sosiskaları sudan çıxarıb, ürək formasını saxlaması üçün diş çöpü ilə uclarını birləşdirin. Sosiskalar isti olmalıdır ki, elastik qalsın və qırılmasınlar.

Omlet üçün yumurtaya, süd və duz əlavə edilərək çalınır. Daha sonra məhlul sosikadan düzəldilən urəyin içərisinə tökülərək ağzı örtülü halda zəif odda bişirilir.

Bişmiş ürək formalı omletin üzərinə rəndələnmiş pendir, yanında zövqünüzə uyğun sousla süfrəyə verə bilərsiniz. Nuş olsun.


Ürək formasında sosiskalı yumurta.

Sevdiyinizlə sizə NUŞ OLSUN !!!


Sevgi dolu omlet

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
502 473 425 444 450 458

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.