Ehmedzade

Ehmedzade Sevgi 12-07-2018, 21:35

Acılarıyla və yaralarıyla bütünləşdiyin birinə necə yalan deyərsən ki?

Acılarıyla və yaralarıyla bütünləşdiyin birinə necə yalan deyərsən ki?


+Qorxuram.
- Nədən?
+ Məni çox üzəcəyindən..
O an "Yox. Heç qorxma,mən səni incitmərəm." deməyi çox istəyərdim. Deyə bilmədim. Yaralarını görmüşdüm çünki. Bəlkə də ilk gündən yaralarımızla bağlanmışdıq bir-birimizə. Bizi bir-birimizə çəkən yaralar sonda bizi məhv edəcəkdi . Hamı yaxşı bilir ki,bir-birinin ən çox canını yandıran insanlar bir-biri ilə bütünləşən insanlardır. Acılarıyla və yaralarıyla bütünləşdiyin birinə necə yalan deyərsən ki?

Acılarıyla və yaralarıyla bütünləşdiyin birinə necə yalan deyərsən ki?


Bəzi insanlar var ki, heç gözləmədiyimiz anda gəlir həyatımıza. Tanışlıq, ünsiyyət heç planlaşdırmadan baş tutur. Daha öncə heç bir əlaqəniz olmasa belə, illərdir elə bir şəxsin varlığından xəbərsiz olsanız belə ilk dəfədən hiss edirsiz ona güvənə biləcəyinizi. Və o insan sizi yanıltmır. Heç zaman qırmır , heç zaman küsdürmür. Deyəcəksiz ki "məyər elə biri var ki həyatda?" Hə! Var! Sizi bilmirəm, amma mən məni qırmayan, küsdürməyən insanla tanışam. Ola bilsin ki, siz indi bu sətirləri oxuduqda sevgi haqqında düşünürsüz. Fəqət həyatda sevgidən daha gözəl hisslər var. Dostluq məsələn. İnsan bəzən sevdiyi birinə güvənə bilməzkən, həyatına girən dosta elə bir güvənir, elə bir dəyər verir ki , bu bütün hisslərdən daha gözəldir. Hansı ki, o insan bu özəl hissə dəyir. O insanı nə qədər anlatmağa çalışsan kəlimələr onun yanında sönük qalır. Ciddən , çox çiçək kimi insanlar var. Yaxşı insanlar hələ də yaşayır. Hələ də yerüzündədi. Onları tapmaq sadəcə şans işidi. Və mən çox şanslıyam..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
645 595 640 576 545 627

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.