StatuSLar (8)

Bir adamı unutmağa çalışmaq
daima onu xatırlamaq deməkdir...
Hekayənin sonu başqa biri ilə bitəcəksə,
Mənimlə başlamasın bu hekayə.
"Üçə qədər sayıram" deyə təhdid edərkən belə, araya "iki yarımı" sığışdıran vicdanlı uşaqlardıq biz...
Birinin qəlbində deyilsizsə yanında olmağınızın bir mənası yoxdur,
Qəlbindəsizsə uzaqlığın qorxusu yoxdur.
İnsanlar iki qismə ayrılır:
Tanıdıqca böyüyənlər və tanıdıqca kiçilənlər.
Gözəl olmalıdır qadın,
Gəlişi, duruşu, baxışı, gülüşü, hətta gedişi belə...
İnsan hər şeyə öyrəşər deyirlər, elə deyil əslində.
Başqa çarən olmadığı üçün dözürsən amma öyrəşmirsən.
Səni itirdikdən bəri, itirdiyim heç bir şey vecimə deyil mənim.
Tək bir gül, mənim baxçam ola bilər.
Tək bir dost isə bütün dünyam...
İlk başda ağrı verən, sonra isə ağrısı yox olan doğrular yaxşıdır,
Nəinki əvvəl sakitləşdirib sonra öldürən yalanlar.
Sən bildiyim kimi qalmadın
Amma mən unutduğun kimiyəm...
Ümid duz kimidir, insanı doyurmaz amma çörəyə dad verər...
Və bir gün xəstə olmağına belə dözə bilmədiyiniz insanın içinizdə ölməsi üçün dua edərsiz...
Əslində çox sadədi:
- Bir zamanlar varlığıyla səni həyata bağlayan insan,İndi də yoxluğuyla səni həyatdan qoparır...






