Qeyri-adi itlərin TOP onluğu
1-ci Cins. Berqam qoyun iti və ya Berqamasko

Təxminən 2000 il əvvəl Avropaya qalın tüklü böyük qoyun itləri gətirdilər. Əvvəlcə onlar maremma cinsini törədərək İtaliyanın ən gözəl regionlarından biri olan Toskaniyada yaşayırdı, sonra İtaliyada berqamasko əmələ gəldi. Bu cinsin adı Berqamo əyalətindən gəlir. Bu əyalətdən xeyli cinslər əmələ gəlməyə başladı. Berqamasko (italyanca Bergamasco), berqam qoyun iti – İtaliyanın qədim it cinsidir. Bu it cinsinin mənşəyinin Fars torpaqlarındakı uzuntüklü qoyun iti cinslərindən yaranması barədə fərziyələr var.
2-ci Cins. Kəkilli Çin itləri

Kəkilli Çin itləri, tüklərinin tipindən asılı olaraq 2 növdə olur: çılpaq və narın tüklü (3-cü Cins). Kəkilli it, indiyə kimi Çində sahiblərinin firavanlıq simvolu hesab edilir. 1966-cı ildə bu it cinsi praktiki olaraq itirilmiş sayılırdı, yalnız bir neçə fərdlər qalmışdı ki, onları da Böyük Britaniyaya gətirmişdilər. Hal-hazırda Çinin kəkilli itləri çox geniş yayılmışdır. Bu cins ilə İngiltərədə olduğu kimi, həmçinin bütün dünyada da ən müxtəlif klublar məşğul olur. Məhz, Böyük Britaniyada bu cinsin ilkin standartı işlənib hazırlanmışdır və ingilislər cinsin standartının əsasını qoyanlardan hesab edilir. Xarici görünüşünün əlamətlərinə görə Çinin kəkilli iti ilə Meksikanın kəkilli itinin oxşarlığı – kinoloqlar arasında hansının hansından əmələ gəlməsi barədə mübahisələrə səbəb olur. B.e.ə 1500-cü ildə Meksikada yaşamış itin kəllə sümüyünün tapılması, Çin itlərinin hər halda şolodan əmələ gəlməsi barədə ehtimal etməyə əsas verir, amma oxşar kəllə sümükləri Çində 2000 il sonra tapılmışdır. Bu itlərin Çində tapılması barədə tarix susur. Həmçinin, çılpaq itlərin ilk dəfə Afrikada yaranması barədə fərziyələr vardır.
3-cü Cins. Narın tüklü (2-ciyə Bax)

4-cü Cins. Bedlinqton teryer

Bircə məlumdur ki, XVIII əsrin ikinci yarısında Şotlandiya və İngiltərə sərhəddində, Nortumberlend qraflığında uzaqdan bedlinqtonları xatırladan itlərə rast gəlinirdi. Lakin, bu cinsin yaradılmasındakı şərəfin kimə məxsus olması üzərində şotlandiyalı və ingiltərəli bilicilər arasında gedən mübahisələr həll olunmamış qaldı. Bedlinqton teryer cinsinin rəsmi tarixi 1867-ci ildə başladı. Yalnız itin özü ilə təkcə gözəlliyinə görə müqayisə olunan son redaksiyası 1981-ci ildə qəbul edilir. Bedlinqton teryeri, xarici görünüşündəki bəzi oxşarlığına görə çox tez-tez “quzu” adlandırırlar, lakin bu cinsin xarakteri heç də quzu kimi deyil, hətta əksinədir. Bu cins itlər, özünün oxşarına təcavüz göstərə bilər. Bedlinqton teryerlərin başı armudvari formaya malikdir. İtlərin üçbucaq formalı qulaqları sallaqdır, tükləri isə yalnız qulaqlarının ətrafı və nazik quyruğu istisna olmaqla xırda-xırda buruqlardan ibarət olub, iti bütünlüklə örtmüşdür.
5-ci Cins. Puli

Puli – Macarıstanın çoban itlərinin ən geniş yayılmış cinslərindən biridir. Cinsin tarixi, Asiyada bizim eranın başlanğıcından götürülür. Qeyri-rəsmi mənbələr xəbər verir ki, Puli 6000 il əvvəl mövcud olmuşdur. Qədim Romada mövcud olan cinsin nümayəndələri barədə xatırlatmalar qalmışdır. Pulinin qismən Macarıstanda yaranması barədə 2 versiya mövcuddur. Bunlardan birinə əsasən madyar qəbilələrinin Uraldan miqrasiyası zamanı Puli, macar torpaqlarına gəlmişdi. O biri versiyaya əsasən isə bu it cinsləri Macarıstana IX əsrdə türklərlə birlikdə gəlmişdi. Cinsin ilk nümayəndələri 1930-cu ildə ABŞ-da yarandı. Amerika itçilik mütəxəssisləri klubu Pulini cins kimi rəsmi olaraq qəbul etdi. Cinsin standartı 1955-ci ildə təsdiq olundu. Puli Rusiyada XX əsrdə 50-ci illərin ortalarında meydana gəldi, 70-ci illərdə isə artıq sərgilərdə iştirak edirdi. Puli, ola bilsin macar qoyun itlərinin əcdadıdır. Onların bütün bədənini örtən ipə oxşar tükləri var. Bu cür tüklər suyu itələyən xüsusiyyətlərə malikdir və belə tükə sahib olan nümayəndələrini hər cür pis havadan əla qoruyur.
6-cı Cins. Çılpaq Meksika iti

Şoloitskuintli (qısa olaraq Şolo, həmçinin çılpaq Meksika iti) – dünyanın qədim (bəzi mənbələr iddia edir ki, ən qədim) cinslərindən biridir. Bu itlərin vətəni Meksika sayılır. Cins, iki növ müxtəlifliyində mövcuddur: çılpaq itlər və tüklə örtülmüş itlər. Çılpaq şololar həm də çılpaq meksika itləri kimi tanınır. Onlar öz vətənlərində milli sərvət hesab olunur. 1954-cü ildə Norman Pelem Rayt, cinsi itib batmaqdan qorumaq məqsədilə onları xilas etməyə təşəbbüs göstərdi və bunun üçün o Meksikanın tam mərkəzinə, onlarla sayda itləri danışıb ucuz qiymətə alıb gətirdiyi ucqar hindu kəndlərinə yola düşdü. 1956-cı il, mayın 1-də çılpaq meksika iti rəsmi olaraq Meksikada tanındı. 1960-cı ildə Meksika Kinoloji Federasiya tərəfindən 40 solo, 1965-ci ildə isə 70 ədəd it qeydiyyata alındı. Hal-hazırda Meksikada minlərlə çılpaq meksika iti vardır. Birinci itlər Rusiyaya 1986-cı ildə Kubadan gətirilmişdi.
Kvalifikasiya FCI № 234, 5-ci qrup. Şpislər (dikqulaqlı, qalıntüklü it cinsi) və sadə itlər. 6-cı altqrup. Bu it cinsləri, Ginnesin rekordlar kitabına ən yüksək bədən temperaturlu məməlilər kimi daxil edilmişdir.
7-ci Cins. Şarpey

Şarpey (çin sözüdür, həqiqi mənada “qumsal dəri” deməkdir) – gözətçi və ov iti cinsi, qədimdə isə mənşəcə Çindən olan döyüşkən it, ən qədim cinslərdən biridir. Müşahidələr göstərir ki, cins ən azı Xan sülaləsinin zamanlarından (b.e.ə 202-ci ildən 220-ci ilə qədər) məlumdur. Sübut olaraq məzarlardan çıxarılan itlərin heykəl təsvirlərinə tez-tez istinad edirlər. DNT analizi təsdiq edir ki, şarpeyin ən azı 3000 yaşı var, yəni o ən qədim itlər cinsi qrupuna aiddir və indiki bütün cinslərin törəndiyi 4 əsas cinslərdən birinin bilavasitə nəslindəndir. Şarpeylər ov itləri kimi yetişdirilmişlər. Onların bütün bədən üzrə çoxsaylı qırışları, vəhşi heyvanların dişləməsindən qoruyurdu və şarpeylərə hücumda bəzi üstünlükləri verirdi. Bu cins itlərin təkcə dərisi deyil, həmçinin göy və ya bənövşəyi rəngdə olan dili, onları qeyri-adi və nadir edir. Çinlilər şarpeyləri boş yerə “səmanı yalayan itlər” adlandırmayıblar. Bundan əlavə şarpey, o zaman dünyada nadir ev heyvanı cinsi kimi 1978-ci ildə Ginnesin rekordlar kitabına salınmışdır. İlkin standartı 1976-cı ildə təsdiq olunmuşdur, cins 14.04.1999-cu ildən № 309 standartı ilə Beynəlxalq kinoloji federasiya (FCI) tərəfindən tanınır. 1973-cü ilin dekabrında ilk çin şarpeyi, itlərin ümumamerika Golden Gate Kennel Club Show sərgisində qoyulmuşdur. 1978-ci ildə İllinoys ştatı, Hinklidə şarpeylərin ilk ixtisaslaşdırılmış sərgisi baş tutmuşdur. 22 fevral 1979-cu ildə CSPCA-nın IV iclasında cinsin rəsmi adı – “çin şarpeyi” təsdiq olunaraq cinsin ilkin standartı qəbul edilmişdir. 1985-ci ildə “çin şarpeyi” cinsi, “Birləşmiş itçilik klubu” (United Kennel Club, USA) tərəfindən, 8 oktyabr 1991-ci ildə isə Amerika itçilik klubu (AİK) tərəfindən tanındı. 1990-cı illərin əvvəlində cinsin ilk nümayəndələri Rusiyada meydana gəldi.
8-ci Cins. Sürətli rus ov iti

Sürətli rus ov iti – cinslərin BKF təsnifatına görə 10-cu “sürətlilər” qrupuna aid olan ov itləri cinsindəndir. Bu itin ilk təsvirləri XVII əsrə aid edilir və onlar, heyvanların ovlanması üzrə istifadə olunan müasir sürətli ov itlərinə yaxın olan itlər barədə məlumat verir. XVIII əsrin əvvəllərində bunlara, Avropanın qərbindən Rusiyaya gətirilən sürətli, hamartüklü, qalıntüklü ingilis cinslərinin, XIX əsrin 20-ci illərindən başlayaraq isə şərqdən sürətli – dağ, krım cinslərinin qanı qarışmışdır. Nəticədə, itlərin xeyli müxtəlif növləri əmələ gəlmişdir və yalnız 1888-ci ildən sonra ilkin qeydiyyat (standart həmin ildə təsdiq olunmuşdur) aparıldıqda, bugünkü sürətli rus ov itinin təşəkkül tapması başlandı. Bu qrup ov itləri cinsinin nümayəndələrini heç bir it ilə səhv salmaq mümkün deyil. Bu qrupa daxil olan 11 cins mövcuddur. Onların hamısı, bütün sürətlilərə xas olan ümumi tanınan əlamətlərlə birləşmişdir. Bu qrupa aid olan itlər hündür və qamətli (hətta arıq) olur. Onların pazşəkilli başı çox uzanmışdır, qulaqları arxaya atılmış və bir-birinə yaxın şəkildə başına yapışmışdır. Boyunu uzun, sinəsi genişdir. Ətrafları həmçinin hündür, arıqdır. Belə quruluşun sayəsində bu itlər, itlər arasında ən bərk qaçandır.
9-cu Cins. Alman doqu

Alman doqu (it cinsi) – nəhəng ölçüyə malik itlər cinsidir. Ölçüsünə görə bu, ən böyük it cinslərindən biridir. Bu cinsin tükünün rəng çalarları müxtəlif olur: noxudu və miləmil / mərmər kimi, plaşlı və qara / mavi və s. Alman doqunun tükü qısa və sıx, hamar və parlaqdır. Alman doqlarının erkəyinin hündürlüyü azı 80 sm, dişilərdə azı 72 sm (müqayisə üçün bu, orta insan boyunun yarısıdır), çəkiləri isə 90 kq-a qədər olur. Alman doqunun xarakterini sakit adlandırmaq olar, insanlarla münasibətində bir qayda olaraq problem yaranmır, yəni onlar mehriban olur. Yalnız yadda saxlamaq lazımdır ki, bu itlər özlərinin insana nisbətən fiziki imkanlarını dərk etməyərək, onları asanlıqla yerə uzada bilər və onunla oynayarkən heyvan tərəfindən təcavüz kimi baxmaq lazım deyil. 1880-ci ildə Berlində sərgi keçirilən zaman Alman doqunun ilkin standartı təsdiq olundu. Bu, Alman Doqu Milli Klubunun (Deutscher Doggen-Club 1888 e.V.) nəzarəti altında olmuşdur və ildən ilə dəfələrlə standart dəyişirdi. Standartın indiki variantı, FCI modelinə uyğundur. Alman doqu, 1965-ci ildən Pensilvaniya ştatının rəsmi simvoludur.
10-cu Cins. Basset-haund

Basset-haund – Beynəlxalq Kinoloji Federasiyanın (BKF) 6-cı qrupu üzrə olan itlər cinsidir. Cinsin adı iki: “bass” – alçaqboy və “hound” – tazı sözlərindən yaranıb. Əmələ gəldiyi ölkə - Böyük Britaniyadır. Basset-haundların xarici görünüşü 05.03.1998-ci ildən FCI №163 standartı ilə müəyyən olunur. Basset-haundlara baxdıqda onların kökünün o saat ov itinə gedib çıxması barədə düşünülür. Bu yöndəmsiz, qısa ayaqlı, qırışıq itlər qaçış yarışçısıdır. Onların inadcıl xarakteri var. Lakin onlar buna görə deyil, məhz öz qaçışları sayəsində öz yerlərini TOP onluqda qazanıblar. Bədənindəki bütün qatlar, qulaqlar, sallaq yanaqlar – bütün bunlar qaçış zamanı itə son dərəcə gülməli görünüş bəxş edərək hərəkətdə olur. Bu cins itlərin qaçışına baxan hətta ən qaşqabaqlı insanı da gülmək tutar. Bunu yalnız basset-haundlar bacarır!