kara sevda

kara sevda Avto Dünya 25-05-2016, 23:30

Yenilənmiş Mazda3 modelinin ilk təsviri yayılıb

Yenilənmiş Mazda3 modelinin ilk təsviri yayılıb


Bu gün internet şəbəkəsində yenilənmiş Mazda3 modelinin fotoşəkli yayılışdır. Carscoops internt-nəşrinin dərc edtiyi fotoşəkildə Mazda Axela modelinin yenilənmiş variantını müşahidə edə bilərik. Artıq anlaşıldığı kimi, Axela modeli bizim bazarda satılan Mazda3 modelindən başqa bir şey deyildir. Sadəcə, avtomobil öz vətəni olan Yaponiyada bu ad ilə satılır. Təsvirdən də göründüyü kimi, təqdimat kitabçasından çəkilmiş şəkildə ön tərəfinin dizaynı tamamilə dəyişdirilmiş Mazda3 modeli vardır.

Beləliklə, yenilənmiş Mazda3 bu günki modeldən yeni ön fənərlərlə, qabaq bamperlə və radiator barmaqlığının xromla işlənmiş haşiyəsi ilə fərqlənir. Avtomobilin arxa hissəsinin dizaynının hansı istiqamətdə dəyişəcəyi barədə ancaq mülahizələr yürütmək olar. Əlavə olaraq, avtomobilin interyerində ediləcək dəyişikliklər və onun texniki xüsusiyyətləri barədə heç bir məlumata rast gəlinməmişdir.

Azərbaycan bazarında satılan Mazda3 modeli həm sedan, həm də hetçbek kuzovu ilə təklif olunur.
Bütün avtomobillər 125 at qüvvəli 1,5-litrlik dördsilindirli mühərrik və altı pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilirlər. Təchizatından asılı olaraq, yerli nümayəndə Mazda3 modelini 21500 və 22900 manata təklif edir.











Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
878 801 781 757 773 702

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.