“ UnuT Dedim


UnuT Dedim!
Deyirlər hələdə eşqin həsrəti,
Soyumaq bilməyir ötsədə zaman.
Gəzib sorağında ilk məhəbbətin,
Sən məni hələdə unutmamısan.
Narahat eləmə tanış, bilişi,
Nədə ki, keçmişi vərəqləmə sən.
Nə özünü incit, nə ürəyini,
Məni sən soraqla xatirələrdən.
Eh sənə nə var ki, söz bulağından,
Özünü çöllərə salan mən oldum.
Qırıldı qəlbim tək misralarda ,
Nəğməsi yarımcıq qalan mən oldum.
Sənə “ UnuT” dedim , ancaq bilirəm,
Unuda bilməzsən , heç vaxt sən məni
Sənə “ UnuT” dedim, gözlərimdə qəm,
Özümdə “ Unuda” bilmirəm səni .....

“ İlk Məhəbbət heç vaxt Unudulmur”
Sayta dərc etdi: Kənan0001






