_Yene_Tenha_

_Yene_Tenha_ Xəbərlər 14-07-2018, 16:48

Şimşək çaxacaq, yağış yağacaq - İstirahət gününün HAVAsı

Şimşək çaxacaq, yağış yağacaq - İstirahət gününün HAVAsı
Şimşək çaxacaq, yağış yağacaq - İstirahət gününün HAVAsı


İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 25-27°, gündüz 32-36°, Bakıda gecə 25-27°, gündüz 33-35° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45% olacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.

Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar ETSN çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edir.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 36-41° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti təşkil edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
529 552 468 525 548 622

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.