_Yene_Tenha_

_Yene_Tenha_ Xəbərlər 16-07-2018, 17:00

Azərbaycanda internetin orta sürəti açıqlandı

Azərbaycanda internetin orta sürəti açıqlandı
Azərbaycanda internetin orta sürəti açıqlandı


Azərbaycanda internetin orta sürəti saniyədə 2,52 meqabit təşkil edir.

Trend bu barədə Böyük Britaniyanın genişzolaqlı rabitə üzrə konsaltinq agentliyi "CABLE.co.uk"in reytinqinə istinadən məlumat verir.

Bu göstəriciyə görə, Azəraycan reytinqdə 200 ölkə arasında 135-ci yeri tutur.

Qeyd olunur ki, internetin orta sürəti 4 saat 31 dəqiqə ərzində 5 gb həcmində yüksək keyfiyyətli videonun yüklənməsinə bərabərdir.

Bundan əvvəlki reytinqdə Azərbaycan saniyədə 2,67 meqabit sürətlə 102-ci yerdə qərarlaşmışdı.

Reytinqə əsasən, orta internet sürətinə görə birinci yerdə saniyədə 60,39 meqabit göstərici ilə Sinqapur qərarlaşıb. İlk üçlükdə həmçinin İsveç (46 meqabit/saniyə) və Danimarka (43,99 meqabit/saniyə) yer alıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
498 434 475 463 443 425

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.