_Yene_Tenha_

_Yene_Tenha_ Xəbərlər 17-07-2018, 15:00

BMT yeni orqan yaradır

BMT yeni orqan yaradır
BMT yeni orqan yaradır


BMT rəqəmli texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq üzrə ekspert qrupu yaradacaq. Bu barədə mətbuat konfransında BMT baş katibi Antoniu Quterriş bildirib.

"Mən rəqəmli texnologiyalar sahəsində əməkdaşlıq üzrə panel yaratmaq barədə qərar qəbul etmişəm. Blokçeyn kimi yeni texnologiyalar hər gün yaranır. Mən BMT-ni texnoloji əsr dövründə dialoq üçün unikal platforma kimi təsəvvür edirəm", - baş katib qeyd edib.

Məlumata görə, yeni məşvərətçi orqan 9 aydan sonra rəqəmli texnologiyalar sahəsində problemlərin həlli ilə bağlı təkliflər təqdim edəcək.

A.Quterriş vurğulayıb ki, rəqəmli texnologiyalar dünyanı və cəmiyyəti dəyişir ki, bu da qeyd olunan sahədə beynəlxalq əməkdaşlığı zəruri edir. "Qlobal cəmiyyət hazırda texnologiyalar sahəsində etika, insan hüquqları və təhlükəsizlik problemləri ilə üzləşir. Tədqiqatçılar, politoloqlar, sahibkarlar, vətəndaş və elmi cəmiyyətin nümayəndələri bir masa arxasına əyləşərək bu sahədə fikir mübadiləsi etməli və öz təkliflərini irəli sürməlidirlər. Yeni panel bizə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa kömək edəcək", - o əlavə edib.

Rəqəmli texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq üzrə ekspert qrupuna ABŞ sahibkarı Melinda Qeyts və Çinin "Alibaba" şirkətinin yaradıcısı Cek Ma rəhbərlik edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
471 461 445 443 422 425

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.