Və hamsının bir vaxtı var...
İndiyə qədər çox səhv etdim, inkar etmirəm. Dərs aldıqlarımda oldu, almağa vaxt tapmadıqlarımda. Eşitdiklərim doğrudursa qələbələrim də olub. Ahımı alanlar borc ödəyirlərmiş. Yaxşı ki etmişəm dediyim şeylərdə var, kaş ki etsəydim dediklərimdə. İndi yeni bir həyatım var. Yeni insanlarla, yeni yerlərdə, yeni zamanda. Köhnələrdə var. Amma çox köhnə yerlərdə, köhnə zamanlarda. Geri qaytarmaq istədiyim vaxtlarda var, qadağa etmək istədiyim başlanğıclarda. Amma çox təəssüfki yazdığım zamana belə geri dönə bilmirəm. Həyatımdan illərimi oğurlayan insanlar yaxşı ki oğurlayıblar, yaxşı ki olublar həyatımda. Böyüdüb gözlərimi açıblar mənim. Yaddaşımdan silmək istədiyim görüntülər, silə bilmədiyim sözlər var. Eşitmək istəmədiyim amma eşitdiyim şeylər var. Kimlərinsə gözünə soxmaq istədiyim həqiqətlər var. Hələki məndə gizli qalmağını doğru bildiyim və hamsının bir vaxtı var, zamanı var...






