Nani_Fit

Nani_Fit Maraqlı 20-07-2018, 16:10

Yerin dərin qatlarında kvadrilyon tondan çox almaz tapıldı

Yerin dərin qatlarında kvadrilyon tondan çox almaz tapıldı


Seysmik silkələnmələr nəticəsində alimlər yerin dərin qatlarında kvadrilyon tondan çox almaz ehtiyatı aşkar ediblər.

Xəbər verilir ki, “Geochemistry, Geophysics, Geosystems” jurnalında dərc olunmuş məqalədə bu almaz ehtiyatlarının yerin 144-240 kilometr dərinliyində olduğu bildirilir.

Massaçusets Texnoloji Universitetinin mütəxəssislərinin fikrincə, mövcud texniki imkanlar bu dərinlikdəki sərvəti çıxarmağa imkan vermir.

Ən qədim almazlardan ibarət dağ tektonik süxurların altında yerləşir və onların dayağı funksiyasını yerinə yetirir. Onlar yer qabığının dərinlikləri və mantiyası boyu 320 kilometrədək yayıla bilər.

Massaçusets Texnoloji Universitetinin alimi Ulrix Faulun sözlərinə görə, yerin təkində bu qədər almazın olması göstərir ki, bu mineral geoloji miqyasda geniş yayılıb və heç də ekzotik daş deyil.

Dünyada yerin təkinə ən dərin qazıntı Sovet İttifaqında aparılıb. İyirmi il davam edən bu qazma işləri zamanı 12 kilometr dərinliyə çatmaq mümkün olub. Geoloqlar bildirirlər ki, almaz dağının olduğu dərinliyə qədər qazıntı aparmaq yaxın gələcəkdə mümkün olmayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
406 336 397 385 361 441

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.