Yenə də "♡ SƏN ♡ "

Yenə də "♡ SƏN ♡ "






Olduğum mühitdən qırağda olsan,
Özgənin bağında budağda olsan.
Bilirsən ? Gözümdən uzağda olsan,
Gözümü yumanda sən görünürsən…

Hər gəcə bir fikir içinə batmışam,
Sevincli həyatın daşını atmışam.
Bir damla sevincə kədər qatmışam,
Yenədə deyirlər şən görünürsən…

Cavabsız qalıbdı bütün sualım,
Olmadı bir arzu inan realım.
Yad edir hər dəfə məni xəyalım,
Xəyalla gəlirsən hərdən görünürsən.

Almısan qəlbimi şirin sözünlə,
Ruhumu apardın yenə özünlə.
Ətirli saçların , Dəniz gözünlə,
Çağlayan dənizə tən görünürsən.

Düzmüşəm sətirə bu qədər sözü,
Ürəydən gələnim bu qədər düzü.
Fərqi yox bağlayım ya açım gözü,
Yenədə gözümə sən görünürsən.






[media=https://youtu.be/z4F7UGLKSHw]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 609 584 505 479 539

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.