_Uğurböceyi_

_Uğurböceyi_ Şeirlər 23-07-2018, 15:00

Sənsiz Yaman Darıxmışam!

Sənsiz Yaman  Darıxmışam!
Sənsiz Yaman  Darıxmışam!


Ürəyimdə suxurlanmış məhəbbətin izlərini,
Baxışınla yaşadarsan ilk eşqimin bənzərini,
Bu dünyaya dəyişmərəm şəfəq sacan gözlərini,
Od almışam sifətindən, axıb sənə qarışmışam
Sənsiz yaman darıxmışam!

Bir haray var gəncliyimdə, qoyammıram ona bir ad
Gör nədəndir? Eşqimizdən ərşə qalxıb nalə,fəryad
Bu ayrılıq günlərində bircə kərə olsaydıq şad,
Deyə bilməm, bəxti kəməm, dərdli-qəmli yaranmışam
Sənsiz yaman darıxmışam!

O gülüşün nə şirindir, həsrətinsə yaman cətin
Mən soyuyub buza döndüm, qızdırarmı hərarətin?
Bir gizlicə, bir alovlu, bir bəlalı məhəbbətin
Alovunda tüstülənib, yanıb-yanıb kül olmuşam
Sənsiz yaman darıxmışam!

Elə bilmə sakit-sakit inildəyən mən bir neyəm,
Elə bilmə saclarına sıgal cəkən bir küləyəm,
Uzaqdasan... Xəyalınla yaşayıram, elə bil ki səninləyəm
Harda olsam səni hər an düşünməyə calışmışam
Sənsiz yaman darıxmışam!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1117 1126 1003 951 1009 921

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.