Uşaq olmaq istəyirəm.
Uşaq olmaq istəyirəm. Hər gecə sabahın tez açılacağını gözləmək üçün ki, sabah dostumu yenə görəcəm. Ən böyük acının dizimdəki yara olduğuna, o yaranında anam öpərkən keçdiyinə inanmaq üçün. Ən yaxınlarımızın bizi necə yerə vurduqlarını görməmək üçün. Uşaq olmaq istəyirəm... Ən böyük xəyanətin gizlənqaç oynarkən, dostumun yerimi deməsi olsun deyə. Bu xəyanətin acısının bir oyunla keçməyib gecələr, günlər boyunca gözyaşı, sınmış qürur və tərk edilmiş ruhla əvəzinin çıxacağını bilməmək üçün. Mən yenə uşaq olmaq istəyirəm hər şeydən xəbərsiz olmaq üçün.






