Kənan Heydərov

Kənan Heydərov Texnologiya 28-07-2018, 18:49

Sony 48 MP-lik kamera sensoru təqdim etdi.

Sony 48 MP-lik kamera sensoru təqdim etdi.
Sony 48 MP-lik kamera sensoru təqdim etdi.


Bildiyimiz kimi Sony bazardakı bir çox ağıllı telefonu kamera ilə təmin edir. Daim kamera sahəsində yeniliklər edən Sony yeni 48 MP-lik kamera sensorunu təqdim edib. IMX586 adlı bu sensor dünyada ən kiçik piksellərə sahibdir. IMX586 sensorunun pikselləri 8 mikrometr ölçüsündədir və 8 mm yan uzunluğundadır. Yeni sensorun rəng filtiri düzülüşü 2x2 formasındadır. Yəni rənglər sensorda dördlü bloklar şəklində qəbul edilir. Bu isə həssaslığın artırdığını göstərir və daha yaxşı çəkimlərə şərait yaradır.



Sony xüsusi olaraq şəklin tam sabitlənməsi və siqnal texnologiyasının üstündə işlədiyini qeyd edib. Şirkət bu özəllikləri də yeni sensorda istifadə edəcək. Bu özəlliklərin vasitəsi ilə çəkilmiş şəkillər digər şəkillərə nisbətən 4 dəfə daha yaxşı olacaq. IMX586 sensoru 4K-da 90 FPS, 1080p-də 240 FPS, 720p -də isə 480 FPS-ə kimi çəkim edə biləcək. Sensorun hansı telefonda istifadə ediləcəyi hələki bilinmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
536 572 502 434 471 504

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.