Bir-birlərini çox sevərək evlənmişdilər.
Bir-birlərini çox sevərək evlənmişdilər. Hər şey o qədər gözəl idi ki, sanki nağıllar aləmi idi. Sehrli çubuq toxunduqca hər yerə işıq saçılırdı. Ailə quruldu və hər şey gözəl gedərkən surət azalmağa başladı. Söhbətlər tükəndi, yazışmalar azaldı, zənglər isə tamamilə kəsildi. Axşam evə gedəcəm rahatlığı ilə sevgi qatlanıb bir qutuya qoyuldu. Axşam işdən evə gəlindi amma nəsə dəyişmədi. Yemək, televizor və yataq üçbucağında çərçivələndi hər şey. Ailələrin "Bermud üçbucağı" bu olsa gərək. Aylar beləcə keçərkən bir gün oğlan mətbəxtə qapıya söykənib qabları yuyan arvadına baxmağa başladı. O baxışlarda sanki "niyə belə oldu?" sualı vardı. Ərinin ona baxdığını hiss edən qadın tez saçlarını qaydaya salmağa başladı. Əri uzun müddətdir ona baxmırdı. Məsuliyyətlər dəyişdikcə tələblər də dəyişmişdi. İki nəfərlik qurulan ailə yenidən tək nəfərlik olmuşdu. Əslində heç nə öz-özünə tükənməmişdi. Ya zamanında bir-birlərini doğru tanıya bilməmişdilər ya da tanıdıqları adamı lazımı qədər sevməmişdilər. Bu "ya"lar getdikcə böyüyür,dərinləşirdi. Çat səslərinin qarşısını ikisi də ala bilmirdi. Əllər birləşə bilmək üçün artıq çox soyumuşdu. Eyni yataqda üşüyən iki insan isə sabahın açılması üçün yuxuya dalmışdı.






