_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 31-07-2018, 08:47

“Facebook” internetin paylanması üçün peyk buraxacaq

“Facebook” internetin paylanması üçün peyk buraxacaq
“Facebook” internetin paylanması üçün peyk buraxacaq


"Facebook" sosial şəbəkəsi Yer kürəsinin çətinliklə gedilə bilən guşələrinin internetlə təmin olunması təşəbbüsünü irəli sürüb.

Bu barədə şirkətin məlumatında bildirilir.

"Hazırda yeni "Athena" ("Afina") internet-peykinin yaradılması ilə bağlı ciddi tədbirlər görülür. İndi biz layihə haqqında konkret danışa bilmirik, lakin belə düşünürük ki, peyk texnologiyaları növbəti nəslin genişzolaqlı internet infrastrukturunun inkişafında vacib rol oynayacaq. Belə ki, peyk şəbəkəyə girişin məhdudlaşdırıldığı və ya heç olmadığı ucqar kəndləri internetlə təmin edəcək" - deyə qeyd olunur.

Xatırladaq ki, peyk sənayesi daha çox özəl şirkətlərin diqqətini cəlb edir. Məsələn, Elon Maskın "SpaceX" şirkəti "Starlink" peyk sistemini hazırlayır ki, bu sistem bütün Yer kürəsini genişzolaqlı şəbəkə ilə əhatə edən bir neçə min peykin orbitə çıxışını nəzərdə tutur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
500 504 491 543 512 581

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.