Kənan Heydərov

Kənan Heydərov Hekayələr 31-07-2018, 15:35

Ananın Kiçik Oğlu

Ananın Kiçik Oğlu
Ananın Kiçik Oğlu

Məktəbdə 11-ci sinif şagirdi idim. Qonşumuzun 5 yaşındakı oğlunu parka gəzməyə aparacaqdım. Uşağın anası onu geyindirib, saçlarını darayıb, ayaqqabısının bağlarını bağlayandan sonra mənə baxdı:
— Bax, belə olur. Analar böyüdür, geyindirir, yedirdib içirdir, onlar da sonra yad qızını alıb analarını unudurlar.


Oğlan anasının dediyini eşidən kimi, «Mən unutmaram, ana!» dedi. Ananın gözləri işıldadı, atdığı zəhərli oxun hədəfə dəydiyini görən ovçunun aldığı bir həzzlə:
— Unudarsan, oğlum, sən də unudarsan, dedi. Uşaq ağlamsınaraq, «Mən unutmaram, ana!» dedi.
— Unudarsan, oğlum; yad qızı unutdurar sənə!, deyib, ana israrla söylədiklərini təkrar etdi. Uşaq ağlamağa başladı. Əlindən tutub, çölə çıxartdım. Parka getdiyimiz bütün yolu ağladı.

Xahiş edirəm, belə analardan biri olmayın. Və uşaqlığını belə bir anayla keçirdən, belə bir evdə böyümüş və anasının oğlu olmaqdan qurtula bilməmiş biriylə ailə qurmayın. Çünki bu oğlan heç vaxt anasının kiçik oğlu olmaqdan xilas olub, xanımının həyat yoldaşı və uşaqlarının atası olmaq yetişkinliyinə çata bilmədi…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
462 409 488 447 464 454

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.