Zehra_A

Zehra_A Şeirlər 1-08-2018, 10:41

:.İlK XəbərRim:)

:.İlK XəbərRim:)
:.İlK XəbərRim:)


Çox ağlama sil
gözünün yaşını,
Bundan belə mənə bəsdi mənimki.
Özün atdın o sevdanın daşını,
Mən dönmədim,həminkiyəm həminki.

Gözlərində qaynar leysan buludu,
Ömrün boyu çox çəkərən bu qəmi.
Mənim qəlbim həsrət ilə doludu,
Fırtınada sən yelkənsiz bir gəmi.

Məni hərdən ovudacaq o çağlar,
Qızınacam xatirələr közünə.
Məni səndən soruşanda uzaqlsr,
Söz tapmayıb baxacaqsan üzünə.

Səni səndən alacaqdîr bu həsrət,
Ömrün boyu yandıracaq yaxacaq.
Şirin-şirin güləcəm mən əlbət,
Ancaq sənin axırına çıxacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
507 592 499 505 529 484

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.