Xasiyyətinə uyğun bəy tapa bilmədi, baxın, neylədi - Fotolar

Avstraliyalı qadın Linda Doktar addımı ilə ölkəsində gündəm olub.
Loading.Az xarici mediaya istinadən xəbər verir ki, 34 yaşlı qadın özünə qeyri-adi toy edib.
Belə ki, o, toyda aynaya baxaraq özü-özü ilə evlənib. Açıqlamasında isə Linda xasiyyətinə uyğun bir bəy tapa bilmədiyini deyib.








