"Mən səni başa düşürəm."
Sizə həyatın ən boş və heçvaxt tam gerçək olmayan cümləsini deyim, "Mən səni başa düşürəm." bilirsiz niyə boş dedim? Çünki heçkim heçkimi tam olaraq başa düşə bilməz. Bir söz var: "İnsan ancaq eyni yerdən canı yandığı zaman qarşındakını anlaya bilər." ona görə də boşdu. Məsələn çox sevdiyiniz insan sizi yox, onu sevən başqa birini seçir. Sizin etdiyiniz bütün cəhdlərə baxmayaraq sizi başa düşdüyünü deyib, gedir. Başa düşən getməz ki.. Deməli bu "Mən səni başa düşürəm" sözü boşluqdan başqa birşey deyil. Bu həyatda insanı, özündən başqa heçkim sözün əsl mənasında başa düşə bilməz.






