Gecələr “özümüz” oluruq.
Deyirlər ki, insan duyğularının ən həssas, dərin yaşandığı vaxtdı gecələr.. Sevgi də, nifrət də ən pik nöqtəsinə çatır, darıxmaq hissi sonsuz həsrət dənizində insanı boğur, çarəsizləşdirir.. Gündüzlər özümüzü alışdırdığımız həyat tərzimizdən, yaralanmamaq üçün taxdığımız maskalardan, oyunlardan uzaq, ən çox gecələr “özümüz” oluruq. Bütün səhvlərin can yanğısı, doğruların qürur hissini də ən dərin gecə hiss edib yaşayır insan. Gecələr insan həqiqətən “yaşayır”. Və gecələr sevdiyimizə demək istəyib də deyə bilmədiyimiz, boş tavana danışdığımız kəlimələr yığını toplanır insanın içində.. Bəzən divarlarla həmsöhbət olursan, bəzən də otağına düşən ay işığı ilə, bəzən də təkrar-təkrar səni incitdiyini bildiyin halda dinlədiyin o mahnı ilə..






