_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 2-08-2018, 14:00

Qiymətlər mobil rabitənin inkişafına mane olur

Qiymətlər mobil rabitənin inkişafına mane olur


"GSMA" Assosiasiyası hesabat hazırlayaraq tezliklərin qiymətinin bahalığı səbəbindən dünyada 4 milyard insanın internetə çıxış imkanından məhrum olmasını açıqlayıb.

Hesabata görə, 2017-ci ilin axırında dünyada 3,3 milyard insan (Yer kürəsi əhalisinin 44 faizi) genişzolaqlı mobil internetə çıxış imkanına malik olub. Beləliklə, illik artım 300 milyon təşkil edib.

Eyni zamanda 4 milyard insan hələ də internetə çıxış imkanından məhrumdur və onların əksəriyyəti gəlirləri aşağı olan ölkələrin sakinləridir.

Nəticələr 2010-2017-ci illərdə dünyanın 102 ölkəsində 1000-dən çox ayrılmış tezliyin analizinə əsaslanır. Ümumilikdə assosiasiya nümayəndələrinin qənaətinə görə, inkişaf etməkdə olan ölkələrdə tezlik spektri inkişaf etmiş ölkələrlə müqayisədə təxminən 3 dəfə bahadır.

"GSMA" mütəxəssislərinin sözlərinə görə, bu, mobil operatorların şəbəkə infrastrukturunun inkişafı üçün vəsaitin az olması ilə nəticələnir. Bu da öz növbəsində yoxsul ölkələrin rəqəmli iqtisadiyyatın üstünlüklərindən yararlana bilmədiyi rəqəmli fərqliliyi bir qədər də artırır.

Hesabata görə, qiymətlərin bahalaşmasına səbəb olan və əsasında qısamüddətli məqsədlərə malik spektrdən istifadə siyasəti daha keyfiyyətli və ucuz genizşzolaqlı mobil rabitə xidmətlərinin göstərilməsinə yönələn ümumi planlarla bir araya sığmır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
508 486 530 509 511 461

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.