Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 2-08-2018, 09:19

Azərbaycanda UNİKAL ƏMƏLİYYAT: hamilə qadının bətnindən 3 kiloqramlıq mioma ÇIXARILDI

Azərbaycanda UNİKAL ƏMƏLİYYAT: hamilə qadının bətnindən 3 kiloqramlıq mioma ÇIXARILDI
Azərbaycanda UNİKAL ƏMƏLİYYAT: hamilə qadının bətnindən 3 kiloqramlıq mioma ÇIXARILDI


31 yaşda və ilk hamiləliyi olan qadının bətnində USM müayinəsi zamanı nadir rast gəlinən nəhəng mioma aşkar edilib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, qadın hamiləlik dövründə müşahidə edilən qarında şiddətli ağrı şikayəti ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edib.

Hamiləliyin 16-17-ci həftəsində olan qadının RMDM-in mama-ginekoloqu Aleksandr BARSUKOV tərəfindən müayinə və müalicəsi aparılıb, sonda miomanın çəkisi (3 kq-a yaxın) nəzərə alınmaqla, hamiləliyin qorunması və dölün sonrakı inkişafı təmin edilməklə miomektomiya əməliyyatının icrasına qərar verilib.

İyunun 28-də kifayət qədər riskli olan əməliyyat uğurla həyata keçirilib, əməliyyat nəticəsində dölə mane olmadan nəhəng mioma bətndən xaric edilib. Qadın tam sağlam şəkildə evə yazılıb. Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Hazırda hamiləlik inkişaf edir, 21-22 həftəlikdir. Dekabrında keysəriyyə üsulu ilə doğuş planlaşdırılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
329 442 367 366 407 351

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.