Esmeralda

Esmeralda Xəbərlər 2-08-2018, 14:45

Meyiti su kanalında tapılan xanəndənin ölüm səbəbi açıqlandı - RƏSMİ

Meyiti su kanalında tapılan xanəndənin ölüm səbəbi açıqlandı - RƏSMİ


Meyiti su kanlında tapılan xanəndənin ölüm səbəbi açıqlanıb.

Bərdə Rayon Prokurorluğundan Sonxeber.az-a verilən məlumata görə, avqustun 1 də avtomobil qəzası zamanı öldüyü bildirlən xanəndə Novruz Hüseynovun meyti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Ekspertizaya göndərilən meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun su kanlında boğularaq öldüyü bildirilir.

Qeyd edək ki, ötən gün xanəndə, Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayılıb. Qəzaya düşən "Mercedes" maraklı avtomobildə meyti tapılan M.Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanlıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub. Avtomobilin sahibi olan, N.Hüseynov isə hadisə yerində tapılmayıb və onun axtarışlarına başlanılıb. Bu gün səhər saatlarında N.Hüseynovun meyiti Ağcabədi rayonu ərazisində, Qarabağ su kanlında yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
457 384 381 429 415 405

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.