Esmeralda

Esmeralda İdman 2-08-2018, 14:48

Dünya çempionu qəhrəman titulundan imtina etdi

Dünya çempionu qəhrəman titulundan imtina etdi


Boks üzrə dünya çempionu 2012 London olimpiadasının qızıl medalçısı Aleksandr Usik "Ukrayna qəhrəmanı" adından imtina edib.

Loading.az publika.az-a istinadən xəbər verir ki, boksçu bu barədə Ukrayna telekanalları üçün keçirdiyi mətbuat konfransında danışıb.

"Mənim ölkəmin insanlarına qəhrəman lazım deyil. Ukrayna xalqının bir neçə seçmə insanı var. Mən həqiqətən də, qəhrəmanam. Ancaq bunun üçün ulduzlara ehtiyacım yoxdur".

Dünya çempionu dövlətdən də nə isə istəməyəcəyini bildirib.

Qeyd edək ki, Aleksandr Usik 2017-ci ildə Moskvada keçirilən Dünya Boks Super Seriyasının (WBSS) finalında rusiyalı rəqibi Murat Qassievə qalib gəlmiş və dünya çempionu olmuşdu. O, həmçinin "Məhəmməd Əli" kubokunu qazanmışdı.

Usikin qələbəsindən sonra Ukraynanın Baş naziri Vladimir Qroysman boksçuya "Ukrayna Qəhrəmanı" adını vermək üçün ölkənin prezidenti Petro Poroşenkoya təklif göndərəcəklərini bildirmişdi.

Xatırladaq ki, Usik 1996-cı ildə iki dəfə "Əmək" ordeni ilə təltif edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
515 453 409 462 407 431

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.