Saç dərisi niyə qaşınır? Səbəbləri və qaşınmanı aradan qaldıran üsullar

Saç dərisi niyə qaşınır? Səbəbləri və qaşınmanı aradan qaldıran üsullar


Saç dərisində qaşınma, psixoloji və dəridə olan bəzi zərərli bakteriyalardan görə ortaya çıxır. Erkən müdaxilə etmədikdə saç tökülməsi və dəri infeksiyaları kimi sağlamlıq problemlərinə səbəb olur. Bəs, bu vəziyyətin qarşısını necə keçilir?

Saç dərisi qaşınması; Kəpək, saboreik dermatit, allergik reaksiyalar, otoimüm (kızarma), göbələk və bit kimi xəstəliklərin yanaşı stress mənşəli olaraq da ortaya çıxır. Dərmanı ilə müalicə edilməsi kimi hər hansı bir dərman istifadə etmədən təbii yollarla da bu problemdən qurtulmaq olar.

ÇAY AĞACI YAĞI
Çay ağacı yağı; Bakteriya, virus və göbələk kimi orqanizmlər ilə mübarizə xüsusiyyəti sayəsində saç dərisi qaşınmasında təsirli bir üsuldur. Dəridə olan inflamatuvarların riskini də azaldır. Çay ağacı yağından, bir xörək qaşığı istifadə etdiyiniz şampuna tökün və mütəmadi olaraq bu şampunu hər gün istifadə edin.

SAÇ MASKASI
Bal, antiseptik xüsusiyyəti sayəsində yaranan infeksiyanı azaldır. Banan və avakado isə bədənin ehtiyacı olan qida dəyərlərini qarşılayır. Bu üç qida ilə edilən maska isə həm saçı bakteriyalardan xilas edər, həm də saça parlaqlıq və güc qatar. Banan, bal və avakado blenderdən keçirin və masaj edərək saç dərisinə tətbiq edin. Daha sonra ilıq su ilə yaxalayın. Bu maska ayda bir dəfə tətbiq edilər bilər.

KİMYƏVİ MƏHSULLAR
Boya, quru saç şampunları, laklar və kremlər saç dərisini ziyana uğradır. Həm qaşınmağa, həm də saç tökülməsinə səbəb olan bu kimyəvi məhsulların istifadə sıxlığı azaldılmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
362 429 353 358 405 386

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.