_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 2-08-2018, 20:30

Bir həftə ərzində avtonom işləyə bilən smartfon təqdim edildi

Bir həftə ərzində avtonom işləyə bilən smartfon təqdim edildi


Smartfonlarda məhsuldarlığın yüksəlməsi onlar tərəfindən sərf edilən enerjinin miqdarının artmasına səbəb olur ki, bu da cihazın avtonom işləmə müddətinə mənfi təsir edir.

Əksər insanlar bir həftə müddətində avtonom işləyən düyməli telefonları nostalji hissi ilə xatırlayırlar.

Bu yaxınlarda 10 min milliamper/saat tutumlu akkumulyatora malik "Oukitel WP2" cihazı təqdim edilib. Bu aparat "IP68" standartına uyğun olaraq toz və suya qarşı dayanıqlıdır.

"Oukitel WP2" qurğusu uzun müddət avtonom işləyən əvvəlki smartfonun ("P10000 Max") təkmilləşdirilmiş versiyası olacaq.

Smartfon haqda informasiya hələ ki, azdır. Əsas özəlliyi 10 min milliamper/saat tutumlu akkumulyatora malik olmasıdır. İstehsalçı smartfondan orta istifadə aktivliyi zamanı onun bir həftə müddətində avtonom işləməsinə dair zəmanət verir.

Aparatın daha bir özəlliyi yüksək dərəcədə dayanıqlılığıdır. Polistirol ebonitdən hazırlanmış korpus yalnız suya qarşı dayanıqlı deyil, həmçinin konstruksiyanın möhkəmliyini təmin edir, hündürlükdən yerə düşmə zamanı və ya zərbə aldıqda zədələnməsinin qarşısını alır.

Bundan başqa, displey cızıqlara qarşı dayanıqlı möhkəm "Corning Gorilla Glass" şüşəsi ilə qorunacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
598 557 503 501 423 499

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.