_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 3-08-2018, 09:30

"Instagram" və "Facebook"da yeni funksiya fəaliyyətə başlayacaq

"Instagram" və "Facebook"da yeni funksiya fəaliyyətə başlayacaq


"Instagram" və "Facebook" sosial şəbəkələrində yeni funksiya fəaliyyətə başlayacaq.

Bundan sonra istifadəçilər sosial şəbəkələrdə keçirdikləri vaxta nəzarət edə biləcəklər. "Instagram" və "Facebook"un rəsmi nümayəndələri Amit Ranadiv və Devid Qinzberq birgə bəyanatlarında qeyd ediblər ki, hər istifadəçi qabaqcadan sosial şəbəkədə keçirmək istədiyi vaxtı təyin edəcək. Limiti keçdikdə isə bildiriş gələcək.

Bunun üçün qabaqcadan "Tənzimləmələr" bölməsində "Instagram"da "Sizin fəaliyyət", "Facebook"da isə "Sizin "Facebook"da vaxtınız" funksiyasını aktivləşdirmək lazım gələcək. Bundan sonra istifadəçilər gün ərzində sosial şəbəkədə nə qədər vaxt keçirdiyini öyrənə biləcəklər. Həmçinin istifadəçilər qabaqcadan qoyduqları limiti keçdikdə xəbərdarlıq alacaqlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
563 574 570 495 546 502

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.