_Yene_Tenha_

_Yene_Tenha_ Maraqlı 4-08-2018, 09:30

Avstraliyada "selfi polisi" fəaliyyət göstərəcək - FOTO

Avstraliyada "selfi polisi" fəaliyyət göstərəcək - FOTO
Avstraliya hökuməti turistlərin təbii gözəlliklər fonunda şəkil çəkdirmək həvəsindən yaranan təhlükənin qarşısını almaq üçün yeni polis bölməsi - "selfi polisi" yaratmağı planlaşdırır. Çünki bir çox hallarda turistlərin bu cür istəkləri onların ölümü ilə nəticələnir.

Yeni bölmənin əməkdaşları foto həvəskarları arasında populyarlığı ilə seçilən yerlərdə növbə çəkərək, onları gözlənilən təhlükə barədə xəbərdar edəcəklər. Belə ərazilərin daha çox ölkənin qoruq rayonlarında olduğu bildirilir.

Həmin populyar obyektlərdən biri Kral Milli Parkında yerləşən qayanın çıxıntısıdır. Birbaşa okean üzərində yerləşən bu qaya selfi həvəskarlarının ən sevimli yeri hesab edilir. Lakin mütəxəssislərin rəyinə görə, kövrək qum dənələrindən ibarət olan qaya istənilən məqamda çökə bilər.

Əlavə olaraq bildirilir ki, turistlərin ölümü ilə nəticələnən hadisələr sırasında selfi altıncı yeri tutur.




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
456 425 493 471 430 505

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.