_Yene_Tenha_

_Yene_Tenha_ Maraqlı 4-08-2018, 14:30

Rauf Hacıyevin mahnılarından ibarət konsert

Rauf Hacıyevin mahnılarından ibarət konsert


Oktyabrın 4-də Heydər Əliyev Sarayında SSRİ-nin xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin mahnılardan ibarət konsert proqramı keçiriləcək.

Konsert proqramında Respublikamızın sevilən və tanınmış sənətkarları Xalq artistləri Brilliant Dadaşova, Mübariz Tağıyev, Azər Zeynalov, Ənvər Sadıqov, Əməkdar artistlər İlqar Muradov, Anar Şuşalı, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Teymur Əmrah, Abbas Bağırov, Lalə Məmmədova, tanınmış müğənnilər Nadir Qafarzadə, Eldar Qasımov, Emiliya Yaqubova, Taleh Yəhyayev, Zamiq Hüseynov, Fuad Musayev, "Qaya" qrupu və başqaları iştirak edəcəklər. Konsertdə bəstəkarın musiqisevərlər və ifaçılar arasında populyarlıq qazanan "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və digər mahnıları səsləndiriləcək.

Qeyd edək ki, Rauf Hacıyevin estrada mahnıları, operettaları, teatr tamaşaları və filmlərə yazdığı musiqiləri tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynamışdır. Saat 19:00-da başlayacaq konsertin biletlərini şəhərin mərkəzi kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Biletlərin qiyməti 10-50 manat təşkil edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
490 449 538 474 472 513

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.