Alimlər qəlyanın təhlükəsizliyi haqqında mifi alt-üst etdilər

Alimlər qəlyanın təhlükəsizliyi haqqında mifi alt-üst etdilər
Alimlər qəlyanın təhlükəsizliyi haqqında mifi alt-üst etdilər


ABŞ-ın Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, qəlyandan istifadə siqarət çəkilməsi qədər insan sağlamlığına zərərlidir.

Loading.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, onların araşdırmalarının nəticəsi universitetin saytında dərc edilib.

Alimlər 48 könüllü üzərində araşdırma apararaq, onlardan 30 dəqiqə müddətində qəlyan çəkilməsini istəyiblər. Mütəxəssislər qəlyandan əvvəl və sonra ürək döyüntüsünü, arterial təzyiqini, qanda nikotinin miqdarını ölçərək, müqayisə ediblər.

Nəticədə alimlər müəyyən ediblər ki, qəlyanın çəkilməsi ürək döyüntülərinin dəqiqədə 16 dəfə azaldılmasına, arterial təzyiqin artmasına səbəb olur. Bu isə insanda ürək-damar xəstəliklərinin yaranması riskini artırır.

Alimlərin sözlərinə görə, bu cür göstəricilər siqaretin çəkilməsi zamanı da müşahidə edilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
344 317 344 314 349 305

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.