_Yene_Tenha_

_Yene_Tenha_ Sağlamlıq 5-08-2018, 15:03

Ağcaqanadlardan bu yağlar vasitəsi ilə qorunun - Effektiv üsullar

Ağcaqanadlardan bu yağlar vasitəsi ilə qorunun - Effektiv üsullar


Yay mövsümündə ağcaqanad və arıların insanın bədənində yaratdığı qızarıqlıq, qaşıntı və şişlik hər kəsi narahat edir.

Mütəxəssislər belə problemlərdən uzaq qalmaq üçün ən effektiv üsulların təbii və bitki mənşəli vasitələr olduğunu bildirir.

Yayda su yığıntıları, tullantı məhsullarının qoxusu və nəm sahələr ağcaqanadların sayının artmasına səbəb olur. Ağcaqanadlar və insan və heyvanların qanı ilə qidalandıqları üçün ciddi xəstəliklərə, hətta epidemiyaya səbəb olurlar.

Bütün bu problemlərin qarşısını ala bilmək üçün mütəxəssislərin tövsiyələrinə qulaq vermək lazımdır:

1. Ağcaqanadlardan qorunmaq üçün lavanda, kəklikotu, nanə, darçın və sarımsaq kimi bir çox bitkidən yararlanmaq olar. Bu bitkilərin yağından istifadə etsəniz, ağcaqanadların vücudunuza yaxınlaşmasını əngəlləyə bilərsiniz.

2. Bağda və yaşıllıq olan məkanlarda rahat zaman keçirmək istəyirsinizsə, uzun corab və mütləq şəkildə ayaqqabı geyinməlisiniz.

4. Evinizin ətrafında su yığıntısı varsa, dərhal ləğv edilməli, onun yerinə qum, çınqıl tökülməlidir ki, ağcaqanadların artması üçün münbit şərait olmasın.

5. Tərkibində şəkər olan qidaların üzəri bağlı saxlanılmalıdır.

6. Ağcaqanad sancmalarından qorunmaq üçün tor şəbəkələrdən, ultrasəs və ya Günəş, bitki tərkibli və optik ağcaqanad qovan əşyalardan istifadə edilməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
556 561 476 594 588 434

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.