Facebook sevgilinizdən ayrılmanıza kömək edəcək
Facebook istifadəsi dünya miqyasında daha çox istifadə olunmağa başladıqca sosial şəbəkədə köhnə sevgili ilə qarşılaşma ehtimalı artır. Xüsusilə yeni ayrılıqlardan sonra Facebook Xəbər Lentinə baxıb köhnə sevgilinin etdiklərini görmək insanı məyus edə bilir. Bu məyusluğu yaşamaq istəməyən istifadəçilər köhnə sevgililərini Xəbər Lentindən çıxartma, dostluqdan çıxartma üsulundan istifadə edir və ya blokluyurlar. Ancaq bu yollar əlaqəni tamamilə kəsmir.
Facebook münasibət vəziyyətinin dəyişməsindən sonra göstərəcəyi yeni parametrdə sizin köhnə sevgilinizi görmə səviyyənizi, köhnə sevgilinizin sizi görmə səviyyəsini və ya insanların ikinizin birgə olduğu köhnə paylaşımları görməsini tənzimləyə biləcəksiniz.
Hazırda ABŞ-dakı mobil cihazlarda sınaq mərhələsində olan xüsusiyyət geri bildirişlərdən sonra daha geniş kütləyə paylaşılacaq.