Ulya

Ulya Məsləhətlər 7-08-2018, 19:50

Qızılgül suyunun faydaları

Qızılgül suyunun faydaları


Qızılgül kosmetik, tibbi vasitə olmaqla yanaşı, mətbəxdə də istifadə olunur. Gözəl qoxusu ilə bərabər bu güldən əldə edilən suyun bir çox faydası var. Bu dəfə qızılgül suyunun əksəriyyətimizə məlum olmayan faydalarından yazırıq.

Qızılgül və suyu sink, fruktoza və limon turşusunu özündə birləşdirir. Eyni zamanda da bol miqdarda B3, A, C, E və D vitaminlərinin mənbəyidir. Buna gördə də o saçlar üçün çox faydalıdır.
Tərkibindəki faydalı birləşimlər sayəsində saçları kökdən uca qidalandırır və gücləndirir. Tərkibində kimyəvi maddə olmayan bu təbii su çay şəklində qəbul edilərsə içindəki vitaminlər sayəsində böyrəklərdəki infeksiyaları və ürək xəstəliyi riskini azaldır, həzm sistemini təmizləyir, paradontos xəstəliyinin səbəb olduğu diş ağrılarını və göz zədələnməsinin aradan qalxmasına şərait yaradır.
Təbii gül suyu ilə hər gün üzünüzü təmizləsəniz dərinizdəki ləkələr təmizlənəcək və yaşla əlaqəli yaranan qırışıqlıqlardan da dərinizi qoruyacaq. Qızılgül suyunu tonik olaraq da istifadə etmək mümkündür. Eyni zamanda gözlərinizin altında yaranan torbaları, yorğunluqla əlaqəli olan qaraltıları da azaltmaqda gül suyu yaxşı vasitədir.
Qızılgül suyundan yaddaşınızın güclənməsi üçün də faydalana bilərsiniz. Bunun üçün mütəxəssislər hər gün qızılgül suyunu iyləməyin kifayət olduğunu bildirirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
688 809 728 620 707 668

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.