Son Görüşdə Deyilməmiş Sözlər

Son Görüşdə Deyilməmiş Sözlər
Uzun zaman sonra bu gün yenidən,
Ya o gizlənmişdi görməyim deyə,
Təsadüf... Rastlaşdıq, səni gördüm mən.
Ya da sən vermişdin onu özgəyə.
Eləcə baxışdıq, dil tutmadı söz,
Bir sevgi, məhəbbət yox idi, yəni,
Saınn həmin saçdı, gözün həmin göz.
Hərçənd ki, bir vaxtlar sevərdi məni.
Qəlbini görmədim, yoxdu, deyəsən.
Indisə, gücü yox məni sevməyə.

Nə sən sevilmisən getdiyin gündən,
Beləcə, yenidən olaq sevgili,
Nə də bir özgəyə yar olmuşam mən.
Aradan sovussun bu hicran yeli.
Sanki, bu zaman da gözləyir bizi,
Allahım bizi də xoşbəxt etsin, qoy,
Qaytarsın yenidən keçmişimizi.
Hamı kimi biz də edək nişan, toy.
Men deyim, Sevgilim, necə gözəlsən ?!
Bir olaq ömürdən qalan hər ili.

Bunları ürəkdə düşünmüşdüm mən,
Artıq bir sevgilin var imiş, demək,
İstədim deyim ki, sən də biləsən.
Mənsə səni sevib tək qalmışam, tək.
Dilim söz tutmadı, sənə də deyim,
Sənə demədiyim o xoş arzular,
Bir anda qırıldı, sındı ürəyim.
İndi kağız üstdə olub yazılar.
Gələn bir nəfərin tutdun əlindən.
Oxusan gözündən yaş süzüləcək.

Donub qalacaqsan durduğun yerdə,
Əminəm, qəlbindən keçəcəm bir də.
Amma gecdir daha düşünmə, əbəs,
Artıq məndə yoxdur əvvəlki həvəs.
Sözlər tək sevgim də qaldı Şeirdə....
Əminəm, qəlbindən keçəcəm bir də.
Amma gecdir daha düşünmə, əbəs,
Artıq məndə yoxdur əvvəlki həvəs.
Sözlər tək sevgim də qaldı Şeirdə....

Əli Əziz






