Ulya

Ulya Şeirlər 8-08-2018, 22:30

Ürəyim bir qitə, sənsən fatehi

Ürəyim bir qitə, sənsən fatehi


Sənlə yol gedərəm dumanda, çəndə,
Səninlə çoxalar ömrümün nuru,
Sədaqət, etibar görmüşəm səndə,
Sən aydan arısan, sudan da duru.

Mən sirli dünyaydım dərəli-dağlı,
Orada olmamışdı belə at çapan...
Mənim ürəyimin qapısı bağlı,
Ora olmamışdı hələ yol tapan.

Üstümə çiləndi səhərin mehi,
Yollardan çəkilib getdi duman-çən,
Ürəyim bir qitə, sənsə fatehi,
Gəlib fəth elədin bu qitəni sən.
Ürəyim bir qitə, sənsən fatehi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
673 673 603 605 587 612

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.