❤Quen❤

❤Quen❤ Hekayələr 9-08-2018, 20:00

Müalicəyə gülüb geçən yaralarım var mənim.

Müalicəyə gülüb geçən yaralarım var mənim.
Müalicəyə gülüb geçən yaralarım var mənim.


Müalicəyə gülüb geçən yaralarım var mənim. Ən sevdiklərimin əllərindən naxış naxış baxışlarıma işlənmiş xəbərsizcə. Çoxluqlar arasında niyə itdiyimi soruşmayın mənə, əslində tək istəyim insan selinin içində özümü unutdurmaq. Başa düş! Taqətim yoxdur bir daha özümü ələ verməyə, əl üstündə tutduqlarımdan əl rəftarı görməyə. Ətrafım həmişə məndən bir parça. Bax məsələn qarşımda dağ kimi dikilən bu xəyal qırıqlıqlarını görürsənmi? Bax onlar mənə yuxusuz gecələrimdən hədiyyə. Hansı birini dəf edəbilərəm, hansı birini silib atabilərəm? Bacara bilmərəm! Kaşkilərimlə dəfələrcə üzləşməm lazım mənim, yıxılan xəyallarımı qarşıma alıb üzr istəməliyəm. Niyəmi? Ruhumu dağıntı altında buraxanla göz gözə gələrsə bu ürək, dayana bilməz təslim olar, bilirəm... Zəifliyin varsa cəlladına, qurbanlığın haqqını verər insan. Bəlkə bizim üçün də darıxan biri vardır bir yerlərdə. Tək dərdimiz hələ tanışmamış olmamızdır. Artıq kimsə məndən bir fədakarlıq daha gözləməsin, nə buraxdılar ki məndən geriyə? Əlimdən gələn tək şey bu sətirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
475 483 514 481 469 450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.