Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 9-08-2018, 12:01

Qarğıdalının bu faydalarından xəbəriniz var idimi?

Qarğıdalının bu faydalarından xəbəriniz var idimi?
Qarğıdalının bu faydalarından xəbəriniz var idimi?


Qarğıdalı A. B və E vitamini baxımından zəngin bir bitki mənşəli mənbədir.

Yüksək miqdarda lif tərkibinə malik olan qarğıdalı, karotin baxımından da zəngindir. Həmçinin qarğıdalı sağlamlığımız üçün əvəzsiz olan maqnezium, manqan, dəmir və mis mineralları baxımından da yaxşı bir qida mənbəyidir.

Qarğıdalının sağlamlığa faydaları nələrdir?


Deyerler.org bildirir ki, bol miqdarda lif ehtiva edən qarğıdalı həzm sistemi xəstəliklərinin, o cümlədən qəbizlik, babasil, bağırsaq xərçəngi kimi xəstəliklərin qarşısını alır. Antioksidantlarla zəngin olan qarğıdalı bu sayədə antikanserogen qida mənbəyidir.

Qarğıdalı Alzheymer xəstəliyi və ürək xəstəliklərinin riskini azaldır. Yüksək təzyiqi tənzimləməyə yardım edir, anemiya riskini azaldır, xolesterolu və şəkəri aşağı salır.

Təzə qarğıdalı böyrəkləri qum və daşlardan təmizləməyə kömək edir.

Qarğıdalı ödqovucu xüsusiyyətlərə malikdir və bu səbəbdən onun istehlakı qaraciyər və öd kisəsinə müsbət təsir edir.

Tərkibində olan kalsium və fosfor sümük və oynaqların sağlamlığını qoruyur.

Qarğıdalı həmçinin mübadilə proseslərini də yaxşılaşdırır, ürək və damarları möhkəmləndirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
552 551 486 567 475 477

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.